Ana səhifə->Kurslar

SQL

Oxunma sayı: 548
SQL (Structured Query Language, Azərbaycanca Struklaşdırılmış sorğu dili) - əlaqəli verilənlər bazasının idarə sistemlərini (ing. relational database management systems (RDBMS)) idarə etmək üçün istifadə olunan sorğu dilidir. SQL programlaşdırma dili olmamasına baxmayaraq bir çoxları tərəfindən proqramlaşdırma dili olaraq bilinir. SQL 70-ci illərdə IBM tərəfindən yaradılmışdır. İlk versiyası SEQUEL (Structured English Query Language) adlanırdı (İngilis sintansisə malik SEQUELden əvvəl riyazi sintaksisə malik SQUARE dili var idi.). SEQUEL adı sonradan SQL adı ilə əvəz olundu, çünki "SEQUEL" Böyük Britaniyada hava şirkətinin əmtəə nişanı idi.
 
 
 
SQL vasitəsilə siz:
 

- Bazalar və bu bazalar daxilində baza obyektləri(table, view, index və.s) yarada bilərsiniz;

- Yaratdığınız baza daxilində məlumatlarınızı saxlaya bilərsiniz;

- Məlumatlarınızı mütəmadi dəyişə bilər və ya muxtəlif analizlər apara bilərsiniz;

- Məlumatlarınızı hesabatlar, veb səhifələr şəklində təsvir edə bilərsiniz.

 
Kurs haqqında: Dəyərli tələbələrimiz artıq SQL dərslərimizə start verilir. Siz də dərslərimizə yazılaraq 3 ay müddətində mütəxəssis ola bilərsiniz. Bu müddət ərzində siz nələr öyrənəcəksiniz?

1- SQL dilinə tam şəkildə yiyələnəcəksiniz.
2- Məntiqi təfəkkürünüzü yazdığınız koda tətbiq edə biləcəksiniz.
3- Proqramçı kimi düşünə biləcəksiniz.
4- Mövcud layihə üzərində çalışaraq iş təcrübəsinə yiyələnəcəksiniz.

SQL öyrənməyin sizə hansı xeyri olacaq?

1- Böyük şirkətlərlə işləmək imkanı
2- Özünüzü gələcəkdə inkişaf etdirərək mükəmməl maaş almaq imkanı
3- Ən əsası görəcəyiniz işdən zövq almaq imkanı

Tədris təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.

Sertifikat: Tədrisin sonunda imtahanın nəticəsindən asılı olaraq həmin şəxsə sertifikat verilir.

 
 
 
Tədris proqramı:
 

1.    SQL təməli

2.    Cədvəllərin yaradılması və idarə olunması

3.    DML komandaları

4.    SQL SELECT haqqında

5.    Funksiyaların növləri

6.    GROUP BY funksiyaları

7.    JOİN-lər

8.    SUBQUERY (altsorğular)

9.    SET operatorları

10.  DDL komandaları

11.  İNDEX, SEQUENCE, VİEW, SYNONYM

12.  Privileges ( səlahiyyətlər)