Ana səhifə->Kurslar

MySQL

Oxunma sayı: 426
MySQL dünyanın ən məşhur baza sistemlərindən biridir. MySQL əvvəllər İsveçin MySQL AB kompaniyası tərəfindən işlənilirdi. İndi isə Sun Microsystems şirkətinə məxsusdur. Proqramın açıq kodu GNU General Public License lisenziyası altında mövcuddur. MySQL proqram təminatı SQL sorğu dilindən istifadə edərək verilənlər bazası ilə işləməyə imkan verir. MySQL <may-es-kyu-el> – sərbəst (havayı) yayılan relyasiyalı verilənlər bazasının idarəolunması sistemi. Oracle Corporation şirkəti tərəfindən inkişaf etdirilir və dəstəklənir. MySQL kiçik və orta həcmli məsələlərin həllində istifadə olunur.
 
Xüsusiyyətləri: Əməliyyat sistemindən asılı deyildir. Demək olar ki, əksər əməliyyat sistemləri üçün instalyasiyaları movcuddur. ANSI SQL 99 dəstəkləyir. Prosedura, funksiya, triqqer, kursorlar yaratmaq imkanı vardır. SSL dəstəklidir. Mətn indeksləşşdirilməsi, axtarışı mövcuddur. Yunikod dəstəklidir. Həqiqi VARCHAR tiplidir. INFORMATION_SCHEMA InnoDB, BDB and Cluster dəstəklidir.