Ana səhifə->Kurslar

Sql Server

Oxunma sayı: 456
Microsoft SQL Server - VB və verilənlərin analizi sahəsində istifadə olunan əlavələr yığımıdır. Microsoft SQL Server 2000 serverinə XML dili və HTTP protokolu daxildir. Microsoft SQL Server 2000 Windows 2000 əməliyyat sisteminin bütün imkanlarından isitifadə edir. Microsoft SQL Server 2000 korporativ verilənlər bazası yaradılmasında istifadə olunan əlverişli vasitələrdən sayılır. Microsoft SQL Server 2000 vasitəsi ilə VB-da axtarış aparmaq və müxtəlif mürəkkəb sorğular yerinə yetirmək imkanları daha da təkmilləşmişdir. Tam mətnli axtarışın yeni funksiyaları istifadəçilərə Microsoft Excel elektron cədvəlləri, Microsoft PowerPoint prezentasiyaları və Microsoft Word sənədləri daxil olmaqla strukturlaşmış, eləcə də strukturlaşmamış sənədlərə müraciətə imkan verir ki, bu da şəbəkə axtarışını daha effektli edir. SQL Server 2000 serverində analiz vasitələrindən istifadə etməklə uzaq məsafədə işləyən istifadəçilər üçün HTTP protokolundan istifadə edərək OLAP kublarına müraciət etmək olar. OLAP vasitələrindən istifadə etməklə böyük və mürəkkəb verilənlər yığımı üzərində çoxölçülü kublardan istifadə etməklə müxtəlif analizlər aparmaq olar. Qanunauyğunluqların üzə çıxarılması vasitələri böyük həcmli verilənlərdə gizlənmiş struktur və tendensiyaların tapılmasını təmin edir ki, bu da təşkilatlarda olan informasiyaların daha rasional istifadəsinə gətirir. Bu vasitələr proqnozlaşdırmada müvəffəqiyyətlə istifadə oluna bilər. Təhlükəsizlik həm xanalar, həm də ölçülər üzrə nəzərdə tutulur.