Ana səhifə->Kurslar

1C

Oxunma sayı: 478

“1C:Müəssisə” platforması – bu proqramın əsasıdır və ilk növbədə bunu yükləyib quraşdırmaq lazımdır. Platforma daim yenilənir və sonuncu versiya 8.3 versiyasıdır. Konfiqurasiyalar “1C” kodundan istifadə olunmaqla platforma üzərində yazılır. İstifadəçilər konfiqurasiyalarla işləyirlər. Mühasibat, İstehsalat, Pərakəndə satış, Mağaza, Kompleks avtomatlaşdırma, Satışın idarə edilməsi və s. konfiqurasiyar mövcuddur. Konfiqurasiyalar tipik və sıfırdan yazılmış (adaptasiya olunmuş) variantları vardır. Müəyyən konfiqurasiyanın üzərində sıfırdan baza qurmaq olar. Lakin hazır baza varsa buna ehtiyac yoxdur. Platforma iki formada təklif edilir:

  • Fayl versiyası
  • Kliyent-server versiyası;  Fayl versiyasında bütün məlumat bir xüsusi formatda olan (1Cv8.1CD) faylda yerləşir.

Kurs haqqında:  Sizə Mühasibat uçotu və 1C kursunun tədrisini təklif edirik. Kurs ərzində mühasibat  əməliyyatları  1C  proqramı  ilə birgə izah ediləcək. Kursda iştirak edən şəxslər ilkin mühasibat sənədlərindən  maliyyə hesabatlarının (balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat) hazırlanmasınadək olan prosesləri öyrənəcəklər. Kursu bitirən şəxslər  gələcəkdə  işləyəcəyi müəssisə və təşkilatlarda mühasibat uçotu və 1C  ilə bağlı işləri sərbəst yerinə yetirəcəklər.

Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara sertifikat təqdim olunacaq.

 

Tədris proqramı

 

- Mühasibatın əsasları

-Vergi hesabatı

-Əmək haqqı hesablanması

-Mühasibat uçotun avtomatlaşdırılması 1C Proqramı:

1) Yeni və köhnə hesabları planları haqqında məlumatı;

2) Mühasibat uçotunda ən çox aparılan mühabirləşmələrin misallarla izahı;

3) 1C proqramı haqqında anlayış;

4) Əməliyyatların aparılması;

5) 1C proqramı üzərindən işçilər;

6) Debitor və kreditorlarla bağlı hesabatların əldə edilməsi;

7) 1C proqramının məlumatları əsasında bəzi Vergi, DSMF;

8) Maliyyə hesabatlarının doldurulmasının izahı.